Xaricə Çatdırılma Xidməti
Opss.az yalnız xarici ölkəyə/oradan Azərbaycana səyahət edən istifadəçilər (daşıyıcılar) ilə sənəd/bağlama göndərmək istəyən istifadəçiləri (müştərilər) bir-biri ilə tanış edən platformadır. Opss.az əşyanı özü daşımır, saxlamır və göndərmə prosesinin heç bir mərhələsinin tərəfi deyil.
Göndərilən əşyaya görə məsuliyyət
Göndərilən əşyanın qanuni olması, gömrük qaydalarına uyğunluğu və məzmunu tamamilə müştəri və daşıyıcının məsuliyyətindədir. Qadağan olunmuş, təhlükəli və ya gömrük qaydalarını pozan əşyaların göndərilməsi qadağandır. Opss.az əşyanın məzmununu yoxlamır və bununla bağlı yarana biləcək hüquqi, maliyyə və ya digər nəticələrə görə məsuliyyət daşımır.
Çatdırılmanın özü
Əşyanın vaxtında, salamat çatdırılması, itməsi, zədələnməsi kimi məsələlər tərəflər (müştəri və daşıyıcı) arasındadır. Opss.az bu münasibətlərin maliyyə tərəfi deyil və sifariş yaratmaqla siz bunu qəbul etmiş olursunuz.
İstifadəçi sorğu yaratmaqla aşağıdakı şərtlərlə razılaşmış hesab olunur:
- göndərilən əşya qanuni və gömrük qaydalarına uyğundur;
- çatdırılma vaxtı və üsulu tərəflər arasında razılaşdırılır;
- əşyanın itməsi, zədələnməsi və ya gömrükdə saxlanması ilə bağlı Opss.az məsuliyyət daşımır;
- Opss.az yalnız tərəfləri tanış edən vasitəçi platforma kimi fəaliyyət göstərir.
