.az

Opss.az Usta Xidməti

Opss.az istifadəçilərə etibarlı və təsdiqlənmiş ustalarla əlaqə yaratmaq imkanı təqdim edən platformadır. Platforma bilavasitə təmir xidməti göstərmir — yalnız müştəri ilə ustanı bir araya gətirir və ustanın göstərdiyi xidmət haqqının hesablanmasına/qəbuluna cavabdehdir.

Ödəniş ustanın göstərdiyi saatlıq xidmət haqqı əsasında Opss.az vasitəsilə həyata keçirilir; ehtiyat hissələri və materiallar (əgər usta öz alətlərini gətirmirsə) sifariş verən istifadəçi tərəfindən ayrıca razılaşdırılır.

Sifariş başlamazdan əvvəl həm usta, həm də müştəri aşağıdakı şərtləri təsdiqləyir:

  • göstəriləcək xidmətin növü;
  • xidmət haqqı;
  • ünvan;
  • ləğv etmə qaydaları;
  • platformanın istifadə şərtləri.

İstifadəçi sifariş yaratmaqla aşağıdakı şərtlərlə razılaşmış hesab olunur:

  • xidmət haqqı ustanın profilində göstərdiyi saatlıq tarifə əsasən müəyyən edilir;
  • Opss.az yalnız usta ilə müştərini bir araya gətirən vasitəçi platforma kimi fəaliyyət göstərir və xidmətin keyfiyyətinə görə məsuliyyət daşımır.