Opss.az Ev Təmizliyi Xidməti
Opss.az istifadəçilərə etibarlı və təsdiqlənmiş təmizlikçilərlə əlaqə yaratmaq imkanı təqdim edən platformadır. Platforma bilavasitə təmizlik xidməti göstərmir — yalnız müştəri ilə təmizlikçini bir araya gətirir və təmizlikçinin göstərdiyi xidmət haqqının hesablanmasına/qəbuluna cavabdehdir.
Ödəniş təmizlikçinin göstərdiyi saatlıq xidmət haqqı əsasında Opss.az vasitəsilə həyata keçirilir; təmizlik vasitələri (əgər təmizlikçi öz vasitələrini gətirmirsə) və digər əlavə xərclər isə sifariş verən istifadəçi tərəfindən ayrıca razılaşdırılır.
Sifariş başlamazdan əvvəl həm təmizlikçi, həm də müştəri aşağıdakı şərtləri təsdiqləyir:
- göstəriləcək xidmətin növü;
- xidmət haqqı;
- ünvan;
- ləğv etmə qaydaları;
- platformanın istifadə şərtləri.
İstifadəçi sifariş yaratmaqla aşağıdakı şərtlərlə razılaşmış hesab olunur:
- xidmət haqqı təmizlikçinin profilində göstərdiyi saatlıq tarifə əsasən müəyyən edilir;
- Opss.az yalnız təmizlikçi ilə müştərini bir araya gətirən vasitəçi platforma kimi fəaliyyət göstərir və xidmətin keyfiyyətinə görə məsuliyyət daşımır.
