Opss.az Dayə Xidməti
Opss.az istifadəçilərə etibarlı və təsdiqlənmiş dayələrlə əlaqə yaratmaq imkanı təqdim edən platformadır. Platforma bilavasitə dayəlik xidməti göstərmir — yalnız müştəri ilə dayəni bir araya gətirir və dayənin göstərdiyi xidmət haqqının hesablanmasına/qəbuluna cavabdehdir.
Ödəniş dayənin göstərdiyi saatlıq/gündəlik/gecə xidmət haqqı əsasında Opss.az vasitəsilə həyata keçirilir.
Sifariş başlamazdan əvvəl həm dayə, həm də müştəri aşağıdakı şərtləri təsdiqləyir:
- xidmət müddəti;
- xidmət haqqı;
- ünvan;
- ləğv etmə qaydaları;
- platformanın istifadə şərtləri.
İstifadəçi sifariş yaratmaqla aşağıdakı şərtlərlə razılaşmış hesab olunur:
- xidmət haqqı dayənin profilində göstərdiyi tarifə əsasən müəyyən edilir;
- Opss.az yalnız dayə ilə müştərini bir araya gətirən vasitəçi platforma kimi fəaliyyət göstərir və xidmətin keyfiyyətinə görə məsuliyyət daşımır.
