Opsss Alış-veriş Xidməti
Opsss.az yalnız alış-veriş xidmətinin təşkilini və sifarişin idarə edilməsini təmin edən platformadır. Platforma məhsul satmır və məhsulun qiymətini müəyyən etmir.
Məhsulun seçilməsi, qiymətinin razılaşdırılması və ödəniş üsulu müştəri ilə alış-veriş köməkçisi arasında həyata keçirilir. Opss.az yalnız əvvəlcədən göstərilən alış-veriş xidməti haqqının hesablanması və ödənişinin qəbul edilməsinə cavabdehdir.
Məhsulun dəyərinin ödənilməsi aşağıdakı üsullardan biri ilə həyata keçirilə bilər:
- Müştəri məhsulun dəyərini birbaşa mağazaya ödəyir (texniki imkan olduğu hallarda);
- Müştəri məhsulun dəyərini alış-veriş köməkçisinə tərəflərin razılaşdırdığı qaydada ödəyir.
Opss.az məhsulun qiyməti, məhsulun əldə olunması, məhsulun keyfiyyəti, məhsulun mağazada mövcudluğu və məhsulun dəyərinin tərəflər arasında ödənilməsi ilə bağlı maliyyə münasibətlərinin tərəfi deyil və bu məsələlərə görə məsuliyyət daşımır.
İstifadəçi sifariş yaratmaqla aşağıdakı şərtlərlə razılaşmış hesab olunur:
- məhsulun qiyməti dəyişə bilər;
- məhsul mağazada mövcud olmaya bilər;
- məhsulun ödəniş üsulu müştəri ilə alış-veriş köməkçisi arasında razılaşdırılır;
- məhsulun alınması ilə bağlı yaranan maliyyə öhdəlikləri Opss.az-a aid deyil;
- Opss.az yalnız alış-veriş xidməti üzrə vasitəçi platforma kimi fəaliyyət göstərir.